BOS-da 3,5 milyon manatlıq piyada keçid məntəqəsi tikilib

Bakı Olimpiya Stadionunda (BOS) azarkeşlər üçün piyada keçid məntəqəsi tikilib.

İndex.az xəbər verir ki, bu barədə “2020-ci il Dövlət Büdcəsinin İcrası haqqında” Qanun Layihəsində bildirilir. Keçid məntəqəsinin tikintisinə 3,5 milyon manat sərf olunub.

Qeyd edək ki, BOS futbol üzrə Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək. Bu arenada iyunun 12-də Uels – İsveçrə, iyunun 16-da Türkiyə – Uels, iyunun 20-də Türkiyə – İsveçrə və iyulun 3-də 1/4 final mərhələsinin 1 görüşü keçiriləcək.

©Report