Vətəndaşların “Whatsapp”na gələn saxta mesajlarla bağlı araşdırmalara başlanıb.
Bu barədə Index.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, banklarla bağlı vətəndaşlardan daxil olan hər bir müraciət əsasında araşdırmalar başlanılıb.
Polis mayorunun sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, son günlər naməlum şəxslər tərəfindən vətəndaşların “Whatsapp” nömrəsinə Kapital Bank kartları ilə bağlı mesajlar gəlir. Bu zaman kart sahibindən kartın təhlükəsizliyinin qorunması üçün bir sıra məlumatlar tələb edilir.