AMB rəsmilərindən inflyasiya və faiz mesajı

Avropa Mərkəzi Bankının (AMB) rəsmiləri arasında faiz artımı yolu ilə bağlı müzakirələr davam edir.

İndex.az xəbər verir ki, İdarə Heyətinin üzvü Boris Vujcic inflyasiya risklərinin hələ də yüksəlişdə olduğunu bildirib.

İtaliya Mərkəzi Bankının İdarə Heyətinin üzvü və sədri İqnazio Visko bankın monetar siyasətinin düzgün olduğunu bildirərək, daha mərhələli yanaşmanın tərəfdarı olduğunu bildirib.

Vujcic, istehlak qiymətlərindəki artım tempinin yavaş-yavaş azaldığını bildirib:

“Dezinflyasiya prosesinin mərhələli olacağı gözlənilir. Sıx əmək bazarı və xidmət sektorunda qiymət təzyiqləri səbəbindən risklər hələ də yüksəlişdədir”.