FED rəsmiləri faizlərin yüksəldilməsi ilə bağlı fikir ayrılığına düşüb

FED 2-3 may tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını açıqlayıb.

İndex.az xəbər verir ki, protokollarda mümkün faiz artımlarının miqyasının daha qeyri-müəyyənləşdiyi, rəsmilərin bu il üçün mülayim resessiya gözləntilərinin davam etdiyi bildirilib.

Uçot dərəcəsinin 25 bənd artırılaraq son 16 ilin ən yüksək səviyyəsinə qaldırıldığı son iclasın protokolları, FED rəsmilərinin daha çox faiz artımının lazım olub-olmaması mövzusunda ikiyə bölündüyünü göstərdi.

Protokollarda bildirilirki ki, rəsmilər uçot dərəcəsinin daha da sərtləşdirilməsinin nə dərəcədə məqsədəuyğun olacağına dair qərarlarda fikir ayrılığına düşüblər.