![Peyvənd olunanların son statistikası](https://index.az/wp-content/uploads/2022/04/1633779886_3cdf16c5-9fc3-3ad5-9434-2ba8e170d8f0.jpg)
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 890 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İndex.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 074 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 962 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 877 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 085 493 təşkil edir.