“AzFinance İnvestisiya Şirkəti” QSC-nin səhmdarı dəyişib.
İndex.az xəbər verir ki, İnvestisiya şirkətinin səhmləri 100% Abid Mamedova məxsusdur.
Halbuki, buna qədər “AzFinance İnvestisiya Şirkəti” QSC-nin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsus idi.
Qeyd edək ki, AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib.
Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Bristol Universitetinin İqtisadiyyat fakultəsinndə Magistr dərəcəsini əldə etmişdir.
Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.55 milyon manatdır.
©Banker