Xaricdən avtomobil almaq istəyən şəxsin 5900 manatı mənimsənilib

Bakı şəhəri, Binəqədi rayonunda dələduzluq hadisəsi baş verib.

İndex.az xəbər verir ki, rayon sakini Orxan Nəsibovun etibarından sui-istifadə edən tanışı Abasquliyev Xanlar Tofiq oğlu ona xaricdən avtomobil almaq adı ilə 8700 manatını mənimsəyib.

O.Nəsibov iddia edir ki, aprelin 2-dən etibarən 15 gün ərzində, hissə-hissə ümumilikdə X.Abasquliyevə 8700 manat pul verib:

“Daha sonra məlum oldu ki, o, maşın gətizdirmək üçün heç bir iş görməyib. Üstəlik pulu qaytarmaq niyəti də yoxdur. Məqsədli şəkildə məndən pul almaq məqsədi güdüb. Binəqədi rayon 4-cü Polis Bölməsinə müraciət etdim. Oradan məni Binəqədi Rayon Polis İdarəsinə göndərdilər. Təxminən ayyarımdır, müraciət etmişəm. Pulun cəmi 2800 manatını geri ala bilmişəm. Hazırda 5900 manatım o şəxsdədir”, – deyə O.Nəsibov bildirib.

©Report