“Twitter”də yeni funksiya işə salınıb

“Twitter” şirkəti tvitdəki şərhlərlə qarşılıqlı əlaqə qurmağın yeni bir qabiliyyətini sınaqdan keçirir.

Şirkətdən bildirilib ki, indi tvitləri nəinki bəyənmək, həm də bəyənməmək mümkündür.

Hal-hazırda sosial şəbəkə məhdud sayda istifadəçiyə yeni funksiyanın interfeysi üçün fərqli seçimlər təklif edir. Bunlardan biri yuxarı və aşağı oxlardan (“like” əvəzinə), digəri baş barmaq yuxarı və aşağı göstərən yumruq, o biri isə bəyənmə üçün ürək, mənfi reaksiya üçün aşağıya doğru ox işarəsidir.