Dörd milyarda yaxın telefon nömrəsi oğurlanaraq satışa çıxarılıb

Daha bir sosial şəbəkə hakerlərin hücumuna məruz qalıb.

Index.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu dəfə kibercinayətkarların hədəfi “Clubhouse” olub. Lakin hakerlər sosial şəbəkə istifadəçilərinin nömrələrilə yanaşı, həmin nömrələrin yaddaşında olan kontaktları da ələ keçiriblər.

Beləliklə də, 4 milyarda yaxın telefon nömrəsi oğurlanaraq satışa çıxarılıb.

Müvafiq satış elanı tematik platformaların birində yerləşdirilib. Hakerlər sübut üçün 83 milyon telefon nömrəsini dərc ediblər.