Nazir: “Peşə təhsili kurslarına cəlb edilən şəxslər 3-6 ay ərzində işlə təmin olunurlar”

“Azərbaycanda bir neçə min tələbə ölkədə fəaliyyət göstərən müxtəlif peşə təhsili müəssisələrində kurslara cəlb olunublar. Peşə təhsili kurslarına cəlb edilən şəxslər 3-6 ay ərzində işlə təmin oluna bilirlər”.

İndex.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, biz kadr hazırlıqlarını sürətləndirməyə çalışmalıyıq:

“Bir tərəfdən məşğulluq sahələri olmalıdır ki, kadrlar hazırlansın. Bir tərəfdən də cəmiyyətin böyük hissəsi bacarıqlıdırsa bu iqtisadiyyata müsbət təsir deməkdir. Bu gün peşə təhsili sahəsində İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə tədbirlər görürlər. Bundan başqa ölkədə dayanıqlı məşğulluq yaratmaq üçün bir sıra layihələr, dövlət proqramlarının icrasını asanlaşdıracaq yollar müzakirə edilə bilər ki, bu da  bir çox suallara cavab tapılmasına kömək edəcək”.