“Inrix” naviqasiya xidməti dünyanın iri şəhərlərində yollarda nəqliyyatın hərəkətini təhlil edib və müəyyən edib ki, ən ləng nəqliyyat Londondadır. Böyük Britaniyanın paytaxtı 2021-ci ildə ən uzun tıxacların yaşandığı yerlərin reytinqinə başçılıq edir.
2021-ci ildə London sürücüləri tıxaclara orta hesabla 148 saat sərf ediblər – bu, koronavirus pandemiyasından əvvəlkindən cəmi bir faiz az və digər meqapolislərdən isə xeyli çoxdur.
Yolların yüklənməsinə görə növbəti yerdə Paris gəlir – bu il orada sürücülər orta hesabla 140 saat tıxacda qalıblar.
Siyahıda üçüncü yerdə Brüssel (134 saat), dördüncü yerdə Moskva (108) və beşinci yerdə isə Nyu-York (102) qərarlaşıb.