Azərbaycanda duru yağ istehsalı 44% azalıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 5 163.4 ton duru bitki yağları istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Belə ki,  əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 44.6% və ya 4 153 ton azalıb.

2022-ci ilin yanvar fevral-aylarında bu göstərici 9 316,4 ton təşkil edib.

01.03.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5 488.2 ton təşkil edib.