"Azersun Holding"ə işçi lazımdır

Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Namizədə aid tələblər:
• Ali İqtisadi təhsilli olmalı;
• İngilis və rus dili bilikləri olmalı;
• Müvafiq sahə üzrə minimum 2 il iş stajı olmalı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları olmalı;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə bilikləri olmalı;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı olmalı;
• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.

İş haqqında məlumat:

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
• Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
• İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
• Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

İş yeri: Azərbaycan Sənaye Bankı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına “Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssi” başlığı ilə göndərə bilərlər.

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Namizədə aid tələblər:

• Ali İqtisadi təhsilli olmalı;
• İngilis və rus dili bilikləri olmalı;
• Müvafiq sahə üzrə minimum 1 il iş stajı olmalı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları olmalı;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə bilikləri olmalı;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı olmalı.

İş haqqında məlumat:

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
• Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

İş yeri: Azərbaycan Sənaye Bankı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına [email protected] “Risklərin idarə edilməsi üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.