“Avro Bölgəsi”də sənaye istehsalı gözləntiləri üstələyir

Avropa Statistika İdarəsi (Eurostat) yanvar ayı üçün Avropa İttifaqı (Aİ) və “Avro bölgəsi”ndə yenilənmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, “Eurostat”ın açıqlamasına görə, “Avro Bölgəsi”ndə sənaye istehsalı yanvar ayında dekabr ayına nəzərən 0,7% artıb.

Sənaye istehsalının artımı ilə bağlı gözləntilər isə 0.3% idi.

Bununla yanaşı sənaye istehsalı yanvar ayında “Avro Bölgəsi”ndə 2022-ci ilin yanvar ayına nisbətən 0,9% artıb.

Yanvar ayında Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 9,3% ilə İrlandiyada qeydə alınıb. İsveçdə 5%, Rumıniyada 2% isə artım müşahidə edilib.

Ən çox azalma 7,1% ilə Danimarkada, 5% ilə Macarıstanda və 4,3% ilə Hollandiyada müşahidə olunub.