“Togg”un qiyməti məlum olub

“Togg”un gözlənilən qiyməti açıqlandı.

İndex.az xəbər verir ki, “Togg”u əldə etmək istəyən şəxslər 16-27 mart tarixlərində “Trumore” rəqəmsal platformasında və “Togg”un internet saytında ön sifariş verməli olacaqlar.

16-27 mart tarixlərində satışa çıxarılacaq“Togg T10X” modelinin qiyməti isə 85 min 388 manatdan başlayacaq.