Stabil kriptovalyuta USDC dəyərini itirir

USDC kriptovalyutası bazarda dəyərini sürətlə itirir.

İndex.az xəbər verir ki, USDC kriptovalyutasını istehsal edən “Circle Internet Financial”ın müflis olan “Silicon Valley Bank”ında 3,3 milyard dollarlıq itki riski ilə üzləşməsi xəbərindən sonra USDC kriptovalyuta bazarında 81,5 sentə düşüb.

USDC, kriptovalyuta bazarlarının əsas aktivi kimi fəaliyyət göstərir və dəyəri stabil olaraq 1 ABŞ dolları idi.

Lakin “Circle Internet Financial”ın təqribən 40 milyard dollarlıq ehtiyatının 3,3 milyard dolları “Silicon Valley Bank”ında saxlanıldığından kriptovalyuta böyük itkilərə məruz qalıb.