“Ronaldonu göndərdikdən sonra rahat yatdım” –  Erik Ten Hag

Ten Hag portuqaliyalı superulduzun klubdan ayrılması barədə danışıb və onu “Old Trafford”dan göndərmək qərarından narahat olmadığını təkidlə bildirib.

“Mənim səbəblərim var idi və bu, çox aydın idi. Ronaldonu göndərdikdən sonra yaranan nəticələrin fərqindəydim. Mənfi nəticə ola bilərdi. Futbolda bu, həmişə mümkündür. Amma narahat deyiləm. Gecələr yaxşı yatıram, hətta Ronaldonu göndərəndən sonra da gecələr yuxum qaçmadı və rahat yatdım”.

Erik Ten Hag həmçinin verdiyi qərarın arxasında olduğunu bildirdi:

“Klubun və komandanın irəli getməsi üçün qərarlar verməliyəm. Bu mənim işimdir və mənim məsuliyyətimdir və mən bu qərarların arxasında dayanmalıyam. Qərarlarımın nəticələrinə və təsirinə təkcə qısa müddətdə deyil, həm də uzunmüddətdə hazır olmalıyam.