Ərdoğan yenidən zəlzələ qurbanlarına pul paylayıb

Zəlzələlərin böyük dağıntılara səbəb olduğu vilayətlərdən biri olan Adıyamanda araşdırmalar aparan prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan açıqlamasında “Haqqınızı halal edin” söyləyib, daha sonra zəlzələ qurbanlarına pul paylayıb. Ərdoğanın uşaqlara pul paylaması görüntülərinə bir çox siyasi xadim və vətəndaş reaksiya verib.

İndex.az xəbər verir ki, Ərdoğanın Adıyamanda pul paylaması görüntüləri müzakirə olunmağa davam edərkən, onun MHP sədri Dövlət Baxçalı və BBP sədri Mustafa Destici ilə Afşinə səfəri zamanı yenidən pul payladığı üzə çıxıb.

Ərdoğan cibindən çıxardığı pulu AFAD çadırlarının yerləşdiyi ərazidə onu gözləyən vətəndaşlara paylayıb. Ərdoğan bir neçə zəlzələ qurbanına pul payladıqdan sonra yerdə qalan pulu cibinə qoyub.

Digər tərəfdən Ərdoğan pul paylayarkən bir vətəndaş “Pul paylama, rəis” deyə səslənib.