
2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.
İndex.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.
“Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 %-ə yaxınlaşıb”, – o qeyd edib.