Humberto Lopez: Zəlzələnin vurduğu ziyan 34,2 milyard dollardır

Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərin vurduğu fiziki ziyanla bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, Lopezin “Bloomberg HT”yə verdiyi hesabatda, ardıcıl iki zəlzələnin təxminən 34,2 milyard dollar fiziki ziyana səbəb olduğunu bildirib. Bu isə Türkiyənin 2021-ci ildə ÜDM-nin 4%-nə bərabərdir.

“Global Rapid Catastrophe Damage Estimation” (GRADE) hesabatı haqqında ətraflı məlumat verən Lopez Hatay və Kahramanmaraşda binaların və infrastrukturların fərqli olduğunu bildirib:

“Hazırda Hataydakı binaların 40%-i dağılıb. 34,2 milyard dollarlıq ümumi zərərin demək olar ki, yarısı Kahramanmaraş və Hatayın payına düşür”.