![Böyük Britaniyada ada üçün kral axtarılır – FOTO](https://index.az/wp-content/uploads/2022/04/1640579498_fotojet-61.jpg)
Böyük Britaniyanın şimal-qərbində yerləşən Pil adası üçün kral axtarılır.
Məlumata görə, krallığın şimal-qərbində yerləşən Barrou-in-Furness Şəhər Şurası şəhərin inzibati sərhədləri daxilində yerləşən Pil adasının kralı olmaq üçün vakansiya elan edib.
![Böyük Britaniyada ada üçün kral axtarılır - FOTO](/uploads/posts/2021-12/1640579519_04910570-b5fa-32ec-ae4b-d46bd50fca9a.jpg)
Ada Furness yarımadasından 800 metr məsafədə yerləşir. Bura apreldən sentyabr ayına qədər davam edən bərə ilə və ya suyun çəkilməsi zamanı piyada getmək olar.
![](/uploads/posts/2021-12/1640579497_3596.jpg)
Vakansiyada qeyd edilir ki, aprel ayından başlayan mövsümə qədər bar və otelin idarəçiliyini ələ keçirmək, 14-cü əsrdən qalmış qalanı qorumaq və 10 il adanın kralı olmaq lazımdır. Eyni zamanda, tacqoyma olduqca sadədir: ərizəçi köhnə qılıncla “taxtda” oturur və sonra başına bir neçə vedrə spirt tökülür.
![](/uploads/posts/2021-12/1640579452_07d64dd1-ffcb-3090-9f8e-3b5ec4723f4d.jpg)