Çinin ilk “ChatGPT” tipli çatbotu bir günə çökdü

“ChatGPT”nin Çin versiyası ictimaiyyətə təqdim olunduqdan bir neçə saat sonra çöküb.

İndex.az xəbər verir ki, Çinin “Fudan Universiteti”nin tədqiqatçıları hazırladıqları süni intellektlə işləyən “MOSS” çatbotu təqdim edildikdən bir neçə saat sonra çökdüyü üçün ictimaiyyətdən üzr istəyiblər.

Çatbotun çökməsinin səbəbi isə istifadəçilərin kütləvi şəkildə layihənin saytına axışmaları olub. Süni intellektə əsaslanan “MOSS” çatbotu sıx trafikin öhdəsindən gələ bilməyərək elə ilk gündən sıradan çıxıb.