Ronaldo qaldığı otelə sərvət ödəyib – 300 min dollarlıq hesab

Səudiyyə Ərəbistanındakı evinə köçən Ronaldo indiyə qədər ailəsi ilə birlikdə qaldığı otelə sərvət ödəyib.

İndex.az xəbər verir ki, “Mançester Yunayted”dən ayrıldıqdan sonra idman tarixinin ən böyük müqaviləsinə imza atan və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına keçən portuqaliyalı əfsanəvi Kristiano Ronaldo bu ölkədəki yeni evinə köçməzdən əvvəl qaldığı otelə 250 min sterlinq (300.656 dollar) ödəyib.

Ər-Riyadın şəhər mərkəzində yerləşən “Four Seasons”da məskunlaşan Ronaldo ailəsi və qohumları üçün 17 nömrə bron etmişdi.

Ronaldo ailəsi ilə oteldə qonaq otağı, yemək otağı, kinoteatr otağı və qızılı və mərmər vannaları olan iki mərtəbəli kral nömrəsində qalarkən, “The Mirror” otelin Ronaldoya 250 min funt sterlinq hesab göndərdiyi bildirilib.