“Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi bu il daha da arta bilər”.
İndex.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Moskva şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
“İqtisadi əlaqələrdə müsbət dinamika barədə fikirlərinizi bölüşdüyümü bildirmək istərdim. Qeyd etdiyiniz kimi, ticarət dövriyyəmiz 3 milyard dolları keçib ki, bu da 16 faiz artım deməkdir. Bu il də artım gözlənilir və artıq yanvar ayının rəqəmləri bunu göstərir. Bir çox konkret layihələr icra edirik. Təbii ki, bunu da müzakirə edəcəyik” – deyə dövlət başçısı qeyd edib.