Azərbaycan bankları “MasterCard”la “Cross Border Send” (pul vəsaitlərinin bank hesablarına köçürülməsi) layihəsi üzrə əməkdaşlıqda maraqlıdırlar.
Index.az xəbər verir ki, bunu “MasterCard”ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu günə kimi dörd bankla əməkdaşlıq haqqında razılıq əldə olunub ki, bunlardan da biri “Muğanbank”dır.
“Yaxın vaxtlarda daha 3 bankla da analoji razılaşmanın əldə olunması gözlənilir. Şübhə etmirik ki, bütün banklar buna qoşulacaq”, – deyə Gürdal bildirib.
O bildirib ki, bu həllin tətbiqinin genişləndirilməsi nağdsız ödənişlərin sayını və həcmini artıracaq, vəsaitlərin hərəkətində şəffaflığın daha da artmasına səbəb olacaq.