“Renault” yeni krossoverini təqdim etdi – FOTO

“Renault” şirkəti rəsmi olaraq yeni modelini – 2022-ci ildə Avropa bazarına çıxacaq “Austral” krossoverini təqdim edib.

İndex.az xəbər verir ki, dizaynı “Renault Megane E-Tech” üslubunda hazırlanmış avtomobil “Nissan Qashqai”nin “CMF-CD3” platforması üzərində qurulub.

Şirkətdən verilən məlumata görə, krossoverin yalnız hibrid versiyası satışa çıxacaq. Ən sadə model 130 at gücündə 1.2 litrlik turbomühərrik və 48 voltluq starter generatorla təchiz ediləcək. Eyni zamanda 140 at gücündə 1.3 litrlik turbomühərrik və 12 voltluq starter generatorlu üstün versiya təqdim ediləcək. Vurğulanır ki, “Austral”ın flaqman modeli 200 at gücündə hibrid “E-Tech” olacaq.

“Renault Austral” markanın “Renault Kadjar” modelini əvəzləyəcək. Yenilik İspaniyadakı zavodda istehsal olunacaq, satışlar isə ilin sonunda başlayacaq.




Mənbə – Banker