
Aktuar hesablamaları şöbəsinin mütəxəssisi
Son tarix 24 yan 2022
Namizədə tələblər:
Yaş: 21-26 (yeni məzun olanlar müraciət edə bilərlər)
İş təcrübəsi: Zəruri deyildir
Riyaziyyat, Maliyyə və Statistika sahəsində Ali təhsil
Azərbaycan dili (əla),Rus və İngilis dilləri (arzuolunandır)
Kompyuter proqramlaşdırılması sahəsində baza biliklərə malik olmaq
Microsoft Office proqramlarını bilmək (xüsusilə Excel)
Əsas vəzifə öhdəlikləri:
Aktuar hesablamaları üçün lazım olan məlumatların yığılması və təhlil olunması;
Zərərlərlə bağlı fayllara nəzarətin həyata keçirilməsi;
Uzunmüddətli sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət;
Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatların hesablanması;
Sığorta portfelinin optimallığına nəzarət, zərərlilik əmsallarının hesablanması;
Underwriterlərdən daxil olan tələblər üzrə lazım olan tariflərin hesablanması;
Mövcud portfel və ayrı-ayrı risk qrupları üzrə orta ölçülü tarifi hesablamaq;
Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;
Şəxsi keyfiyyətlər:
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri:
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 – 17:30
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Əmək haqqı : 300 azn – 500 azn+ (əlavə olaraq əmək haqqı artımı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır)
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Maraqlananlar öz CV formalarını göndərə bilər – [email protected].
Tibbi texniki ekspert
Son tarix 24 yan 2022
Namizədə tələblər:
Yaş: 23-40
Təhsil: Ali və ya orta ixtisas (tibb təhsili arzuolunandır)
İş təcrübəsi: arzuolunandır
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
MS Office proqramları üzrə biliklər( Excel əla səviyyədə)
Əsas vəzifə öhdəlikləri:
Tibb müəssisələrindən daxil olan reestrləri və tibbi sənədləri sistemə daxil etmək
Tibb müəssisələrindən daxil olan reestrlərin tibbi-iqtisadi və texniki ekspertizasını həyata keçirmək
Hesabatlar tərtib etmək
Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 – 17:30
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Əmək haqqı: 400 azn – 500 azn
Şirkət tərəfindən nahar
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Tibbi texniki ekspert “ qeyd etmələri xahiş olunur – [email protected]