“Ateshgah Sigorta” işçi axtarır – Maaş 500-600 manat

Ateshgah Sigorta

Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi

Son tarix 22 dek 2022 – [email protected]

Namizədə tələblər:

  • Yaş: 23-35
  • Təhsil: Ali, tibb təhsili mütləqdir
  • İş təcrübəsi: arzuolunandır
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), Ingilis dili (yaxşı)

Əsas vəzifə öhdəlikləri:

  • Səfər Sığorta, Həyat Sığorta üzrə işlərin araşdırılması
  • Məzmunundan asılı olaraq İşlərin müvafiq qanuna və qaydalara əsasən tənzimləmək və məlumatı mövcud olan bazada qeyd etmək
  • Sığorta sənədləşdirilməsinin aparılması
  • Hesabatlar tərtib etmək
  • Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • Əmək haqqı: 500 azn – 600 azn (gross məbləğ, net, namizədin iş təcrübəsi, bilik və bacarıqlarının səviyyəsindən asılı olaraq dəyişə bilər)
  • Şirkət tərəfindən nahar
  • Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına “Şəxsi sığorta növləri üzrə zərərlərin tənzimlənməsi şöbəsi – mütəxəssis” qeyd  edərək göndərmələri xahiş olunur.