Azərbaycan strateji valyuta ehtiyatlarını 195 milyon dollar artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% və yaxud 195 milyon ABŞ dolları artıb.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, sözügedən göstərici 53,4 milyard dolları üstələyib. O cümlədən AMB-nin valyuta ehtiyatları 1,2% artaraq 7.2 milyard dollara yaxınlaşıb.