Ötən il YAP-a 2 milyon manata yaxın vəsait ayrılıb

Ötən il dövlət büdcəsindən hakim Yeni Azərbaycan Partiyasına (YAP) ayrılan vəsaitin məbləği açıqlanıb.

İndex.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin iclasında bildirilib.

Belə ki, 2021-ci ildə dövlət büdcəsindən YAP-a 1 888 232 manat vəsait ayrılıb.