Neft-qaz sektoruna sərmayələr 11%-dək azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 3 945,2 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,9% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 4 428,1 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.