Amerikanın “Meta” şirkəti (“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi) tezliklə bir neçə min əməkdaşını işdən çıxarmağı planlaşdırır.
İndex.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bildirir. “Meta”da kütləvi ixtisarların rəsmi elanı noyabrın 9-da gözlənilir.
Qeyd edək ki, bu, şirkətin mövcud olduğu 18 il ərzində ilk kütləvi ixtisarlardır. Hazırda “Meta” şirkətinin heyəti 87 min nəfərə çatır.