![Qarabağdakı otellərə nağdsız ödənilən ƏDV-nin 30%-i geri qaytarılacaq](https://index.az/wp-content/uploads/2022/11/8d41dd46-e731-3b7c-8b2c-cdaa827da8e7_850.jpg)
Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən mehmanxanalara nağdsız qaydada ödənilən ƏDV-nin 30 %-nin geri qaytarılması nəzərdə tutulub.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Qarabağdakı mehmanxanalara nağd qaydada ödənilən ƏDV-nin isə 5%-i geri qaytarılacaq.
Xatırladaq ki, hazırda sözügedən nisbətlər müvafiq olaraq 15 % və 10 %-dir.