Sahibkarlara verilən zəmanətli kredit və subsidiyanın həcmi AÇIQLANIB

2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat həcmində zəmanət verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu kreditlərin illik faiz dərəcəsinin 50%-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 mln. manat vəsait ödənilib.