“Verona”-“Roma” oyununa 7.90 əmsallıq – PROQNOZ

Bu gün 21:30-da İtaliya “A Seriyası”nın 12-ci turunda “Verona” “Roma”nı qəbul edəcək. Son 6 oyunda məğlub olan “Verona” doğma meydanda paytaxt klubunu məğlub edə biləcəkmi? Bu oyunla bağlı proqnozumuzu təqdim edirik.

VERONA

“Verona” ötən mövsüm İqor Tudorun rəhbərliyi altında ilk dövrəni əla keçirdi. Çempionatın müəyyən vaxtlarında hətta Avropa yarışlarına vəsiqə üçün iddialı idi. Lakin xorvatiyalı mütəxəssis “Olimpik Marsel”ə keçdikdən sonra Qabriele Çioffi komandanın sükanı arxasına gəldi. Yeni məşqçinin rəhbərliyi altında keçirilən ilk oyunda “Verona” “Napoli”yə 2:5 hesabı ilə qalib gəlməsinə baxmayaraq, sonradan işlər yaxşı getmədi.

Nəticədə 9-cu turda “Salernitana”ya 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi qovuldu. Əvvəllər bu səviyyədə təcrübəsi olmasa da “Verona”nı aşağı liqaya düşməkdən xilas etmək Salvatore Bokettiyə həvalə edildi. Onun rəhbərliyi altında keçirilən 2 matçda “Verona” “Milan” və “Sassuolo”ya 1:2 hesabı ilə məğlub oldu. Hal-hazırda “Verona” 11 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

İtkilər: Ivan Ilic, Darko Lazovic, Ajdin Hrustic, Diego Coppola, Roberto Piccoli.

ROMA

“Roma”nın bu mövsüm əsas məqsədi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Lakin paytaxt klubu Çempionlar Liqasına vəsiqə verən yerlərdən hələlik uzaqdadır. 11 turun nəticəsinə əsasən, Joze Mourinyonun komandası 22 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və 4-cü “Atalanta”dan 2 xal geri qalır. Belə bir xal fərqini ciddi adlandırmaq olmaz. Lakin turnir cədvəlinə nəzər salsaq, “Roma”dan aşağıda “Yuventus” və “Udineze”ni görə bilərik. Hansı ki, onların ard-arda qazanacaqları qələbələr “Roma” üçün ciddi təhlükə yarada bilər.

Son turda “Roma” doğma meydanda “Napoli”yə 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyət “Roma”nın 3 oyunluq qələbə seriyasına son qoydu. Ötən həftənin ortalarında Avropa Liqasında səfərdə Finlandiyanın HJK klubunu 2:1 hesabı ilə məğlub edən romalılar qrupda 3-cü pillədən yuxarı qalxa bilməyib, əlavə göstəricilərdə qrup 2-cisi “Ludoqorets”dən geri qalır. Pley-offa vəsiqənin taleyi bir neçə gündən sonra Romada bolqarlarla görüşdə həll olunacaq.

İtkilər: Paulo Dybala, Zeki Celik, Georginio Wijnaldum, Ebrima Darboe

PROQNOZ

“Verona” yeni baş məşqçi ilə də uduzmağa davam edir. Lakin oyun baxımından komandadan xüsusi şikayətlər yoxdur – “Verona” son matçların hər birində hücumda aqressiv hərəkət etsə də, müdafiədə çoxlu səhvlərə yol verib. Turnir cədvəlində komanda hələ də riskli zonada qərarlaşır. Bu gün meydan sahibləri yenə hücum futbolundan əl çəkməyəcəklər.

“Roma” da öz növbəsində ilk dördlüyə düşə bilmək üçün əlindən gələni edəcək. Romalılar hücumda yaxşı çıxış edirlər və çətin ki, bu gün qolla bağlı problem yaşasınlar. “Verona” və “Roma” arasında keçirilən son 3 oyunda minimum 4 qol izləmişik. Yəqin ki, bu gün də ənənəyə sadiq qalacaqlar.

İlk proqnozumuz hər iki komandanın qol vuracağıdır – 1.80

“Roma” əla formadadır. Son turda “Napoli” məğlubiyyətinin komandaya mənfi təsir göstərməsi ehtimal olunmur. Çünki onsuz da bu mövsüm neapolluları az adam dayandıra bildi. Çempionatın əsas autsayderlərindən biri ilə dueldə paytaxt təmsilçiləri, şübhəsiz ki, qalib gəlməyə çalışacaq. Rəqiblər arasında heyət fərqini nəzərə alsaq, bu gün qələbə “Roma” üçün çətin olmalı deyil. Lakin çətin ki, “Verona”ya böyük hesabla qalib gəlmək mümkün olsun. Onlar doğma meydanda mübarizə aparmağa çalışacaq.

İkinci mərcimiz “Roma”nın 1 qolla qələbəsi olacaq – 3.35

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:2 – 7.90

“Verona” ilk hissədə qol vuracaq – 2.57

“Roma” ikinci hissədə qol vuracaq – 1.57