“Nant” – “Qarabağ” oyununa 3.36 əmsallıq PROQNOZ

Bu gün saat 22:00-da “Nant” pley-off şanslarını saxlamaq üçün “Qarabağ”a qalib gələ biləcəkmi? Cavab bizim proqnozumuzdadır.

NANT

“Nant” ilk turda “Olimpiakos”a qalib gəldi (2:1). Lakin sonra məğlubiyyətlər bir-birini izlədi və bir dəfə belə fərqlənə
bilmədilər. Fransa çempionatında da işləri heç də yaxşı getmir. Bu mövsüm 2 qələbə qazanan komandanı düşmə zonasından2 xal ayırır və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıblar.

Fransızlar bir neçə gün əvvəl “Nitsa” ilə matçı (1:1) bərabərliklə başa vuraraq, qələbəni 90+6-cı dəqiqədə əldən verdilər.

İtkilər: Fabio, Karles Traore.

QARABAĞ

“Qarabağ”ın pley-offa çıxmaq üçün çox yaxşı şansı var. Lakin bunun üçün bu gün xal toplamaq lazımdır. Komanda qrup mərhələsində yeganə məğlubiyyətini “Frayburq”dan alıb (1:2). Daha sonra “Olimpiakos”la bir heç-heçə (0:0) edib.

Bu mövsümdə komanda daxili çempionatda 100% nəticə nümayiş etdirərək, 10 oyunda 10 qələbə qazanıb. Klub Azərbaycan çempionatının ötən turunda “Turan”ı 3:0 hesabı ilə rahat məğlub edib.

PROQNOZ

Güman edirik ki, bu qarşıdurmanın heç-heçə bitəcəyinə mərc etmək daha məqsədəuyğundur. Bərabər mübarizə gözləyirik. Fransızlar heyətin kefiyyəti baxımından “Qarabağ”dan nəzərəçarpacaq dərəcədə üstündürlər. Pley-offa çıxmaq üçün son fürsətdən və doğma meydan amilindən maksimum istifadə edəcəklər.

“Qarabağ” isə bu mövsüm qələbələri ilə bütün Avropanın diqqətini üzərinə çəkdi. Bu gün “Qarabağ”a 1 xal lazımdır.

Bizim proqnozumuz heç-heçədir – 3.36

Fikrimizcə, bərabərlik pozulmayacaq. Matçda gərgin mübarizə gözlənilir. “Qarabağ” səfərdə qol buraxmaq
fikrində deyil və müdafiədən oyunu necə qurduğunu yaxşı bilirik.

İkinci proqnozumuz – 2.5 ALT (1.87)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab – 1:1 (6.00)

“Nant”ın son 15 oyunundan 3-ü 1:1 hesabı ilə başa çatıb.

“Nant” qol buraxacaq – 1.30

“Nant” son 6 oyunun hamısında qol buraxıb.

“Nant”ın vuracağı qol – 1.5 ALT (1.72)

“Nant” 7 görüşdə cəmi 1 dəfə qol vurub