“Yazdığım bütün statusların altında Qum şəbəkəsinin muzdluları çox sayda gülüş atırlar. Çox sevindim. Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim. Sizi beləcə addım-addım tərbiyələndirəcəyəm”.
İndex.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz “Facebook” hesabında yazıb.
“Bunların məktəbi zərrə qədər də olsun tərbiyə öyrətməyib. Bizim milli məktəbdə qısa zamanda siz qanıpozuqları Azərbaycana xəyanət edənlərdən, onu sevənlərə çevirəcəyik. Ya əhəlləşəcəksiniz, ya da əhəlləşəcəksiniz!”, – deyə deputat bildirib.