“Bu gün dövlət qurumlarında maraqlı proseslər gedir”.
İndex.az xəbər verir ki, bunu biznes konsultant Fəxri Ağayev bildirib.
Onun sözlərinə görə, dövlət qurumlarında insanlar 3 hissəyə bölünüb:
“İşin texniki hissəsini bilən, illərdir böyük təcrübəsi olan köhnələr.
İşin qlamur tərəfini bilən, sistem qurmaq iddiasında olan, xaricdə və burada təhsil almış, aralarında adətən english sözlərdən istifadə edərək danışan, yeri oldu-olmadı “transformeyşın, qlobal, internəşinıl” sözlərini istifadə edən və əllərində kofe ilə gəzən qlamurlar. Bunların öz dairələri var.
Bir də heç kimə qoşulmayan neytral mütəxəssislər.
Bu gün dövlət qurumlarında iş məhz köhnə komandanın təcrübəsi sayəsində gedir, onların real işi fonunda müasirlər nəsə etməyə çalışır.
Köhnə komanda işdən əlini çəksə, əksər dövlət qurumları sadəcə çökər.
Köhnələrlə təzələr arasında qarşıdurma da artıq azalıb. Hər kəs öz yerini tutub. Köhnələr işlərini edir və maaşlarını alır. Və böyük səbrlə yenilərin çöküşlərini gözləyirlər.
Zamanla sular durulacaq və kimin nə etdiyi aydın şəkildə ortaya çıxacaq”.