“Toyota” Rusiyada zavodunu bağlayır

“Toyota” şirkəti Rusiyada istehsalını dayandırır.

İndex.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra avtomobil istehsalçısının Şuşarıdakı zavodu maddi-texniki təchizatla bağlı çətinliklərə görə işi dayandırıb.

Hazırkı qərar çatdırılmaların bərpa oluna bilməməsi ilə bağlıdır. Bundan əlavə, Rusiyaya markalı avtomobillərin idxalı da dayandırılıb.

Məlumata görə, şirkət Moskva ofisinin fəaliyyətini optimallaşdırır. Mənbələrin fikrincə, şirkət həm zavodun, həm də ofisin işçiləri ilə normal qaydalar çərçivəsində yollarını ayırmaq istəyir. Belə ki, onlara artan ödənişlər təklif olunacaq.

Xatırladaq ki, “Toyota” Rusiyada 2007-ci ildə fəaliyyətə başlayıb.