“Google” şirkəti səhvən “ağ” hakerə 250 min dollar göndərib. Vəsaiti alan şəxs üç həftə əvvəl dəstək xidməti ilə əlaqə saxlasa da, şirkət ondan pulu qaytarmağı hələki tələb etməyib. Məsələ ilə bağlı araşdırma aparılır.
İndex.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
“Ağ” haker adını alan Sem Karri “Yuga Labs” kriptovalyuta şirkətində çalışır. Karri pulköçürməsi barədə öz “Twitter”ində yazıb.
“Google mənə təsadüfən 249 min dollar göndərəndən sonra üç həftə keçib. Mən hələ də dəstək xidmətindən bir cavab ala bilməmişəm. Google ilə necə əlaqə qura biləcəyimi bilən varmı?”, – Sem Karri yazıb.
Şirkətin sözçüsü “CNN”ə bildirib ki, həqiqətən yanlışlıq olub. O, Karriyə operativ cavab verdiyi üçün təşəkkür edib və qeyd edib ki, “Google” vəziyyəti düzəltmək üçün əlindən gələni edir.