Ölkədə ən böyük bank səhmdarları kimlərdir? – SİYAHI

Azərbaycanda fiziki şəxs olan bank səhmdarlarının 2022-ci il üzrə reytinqi bəlli olub.

Siyahıya “Yelo Bank”dan  Marina Kulişova liderlik edir. Xanım Kulişova bir ildir ki, “Yelo Bank”da səhmdar kimi tanınmağa başlayıb. Onun bankda payı 2021-ci ildə 3.89% olduğu halda, 2022-ci ilin əvvəlində artaraq 4.22%-ə yüksəldi. Daha sonra avqustda məlum oldu ki, Kulişova artıq əsas səhmdar olan “Topaz İnvestments Limited” QSC-dən də səhmləri satın alıb və beləliklə, ölkənin ən iri bank səhmdarına çevrilib. Yəni, 378 milyon manatlıq nominal dəyərə sahib olan səhmlərin 373.9 milyon manatı ona məxsusdur. O, həm də bankda ali orqan olan Müşahidə Şurasının üzvüdir.

İkinci sırada da yerdəyişmə olub. “MuğanBank” ASC-dən Elmir Mehdiyev 166.5 milyon manatlıq səhmlərə sahibdir.

Sıranın üçüncüsü Zərifə Həmzayevadır. İş xanımının “Premium Bank” ASC-dəki səhmlərinin nominal dəyəri 130.6 milyon manatdır.

Qeyd edək ki, bankda payları 5%-dən çox olan səhmdarlar siyahıya alınıb.

Tam siyahını təqdim edirik:

Mənbə – Banker