Erməniləri dəstəkləyən daha bir müğənninin Bakı konserti ləğv olundu

Erməniləri dəstəkləyən ukraynalı müğənni Tina Karolun Bakı konserti ləğv edilib.

Index.az xəbər verir ki, bu barədə iTicket.az instaqramda bildirib.

“15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karol konserti ləğv edildi! Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!”, – paylaşımda deyilir.

Qeyd edək ki. T. Karol instaqramda ermənilərə dəstək olmuşdu.

Xatırladaq ki, daha əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskixinin də konserti ləğv olunmuşdu.