Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrünə nisbətən 73,1% çoxdur.
8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2 dəfə, idxal isə 20,7% artıb.
Son nəticədə xarici ticarətdə 17,376 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,1 dəfə çoxdur.