Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə – MÜRACİƏT

Azərbaycanın Baş Prokurorluğu media nümayəndələrinə və sosial media istifadəçilərinə müraciət edib.

İndex.az xəbər verir ki, bu barədə müraciət Baş Prokurorluğun yaydığı məlumatda yer alıb.

“Ermənistanın təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları məqsədilə Azərbaycanın Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülür. Media nümayəndələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur”, – müraciətdə qeyd olunub.