Sabah ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlakının icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Ağcabədi rayonunun Rəncbərlər kəndindəki 1 300 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir.
Hərracda iştirak üçün ərizələr sabah günün sonuna qədər qəbul olunur. Hərrac ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.