Ordumuz düşməni susdurmağa davam edir

Əldə etdiyimiz məlumata görə, hazırda Azərbaycan ordusu sərhədin Laçın və Kəlbəcər istiqamətlərində düşmənin atəş nöqtələrinin susdurulmasını davam etdirir.

 

Bu barədə caliber.az məlumat yayıb.

Bildirilib ki, saat 2:30-da hansısa “atəşkəs”in olması barədə məlumat qətiyyən təsdiqini tapmayıb.

 

Ordumuz təcavüzkarlara təyin olunmuş koordinatlar üzrə dəqiq zərbələr endirir.

 

Hərbçilərin artıq qeyd etdiyi kimi, mülki infrastruktur obyektləri və Ermənistan sərhədinin boşaldılması hədəf deyil.

 

02:16

 

Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında ilkin razılaşmanın əldə olunması xəbəri həqiqəti əks etdirmir.

 

Bu barədə caliber.az məlumat yayıb.

 

Bildirilib ki, hazırda atəşkəs barədə hər hansı bir danışıqlar aparılmır.

 

https://t.me/caliber_az_official/10268