Təhsil Nazirliyi böyük tender elan etdi – ŞƏRTLƏR

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Saatlı rayonu, Azadkənd kənd 320 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satın alınması üzrə tender elan edir.

İndex.az xəbər verir ki, tenderdə iştirak ödənişi 1 500 manatdır.

Açıq tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar:

Əlaqələndirici şəxs – Z.Quliyev.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi, 18.

Tel: (+99412) 465 73 48 (134).

Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər toplusunu hər bir predmet üzrə 1500,00 (bir min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. IBAZAZ 2X

H/h: AZ88IBAZ38030019441856517211

VÖEN: 1500016711

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 29 sentyabr 2022-ci il saat 11:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 07 oktyabr 2022-ci il saat 17:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 10 oktyabr 2022-ci il saat 15:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Mənbə – Fed.az