Qeyri neft-qaz sektorundan vergi daxilolmaları 37% artıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter səhifəsində vergi daxilolmalarında qeyri neft-qaz sektorunun payı ilə bağlı paylaşım edib.

İndex.az xəbər verir ki, nazir bu ilin 8 ayında qeyri neft-qaz sektorundan vergi daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə 1.434,8 mln. manat və ya 33,6% artdığını yazıb.

Belə ki, bu dövrdə qeyri neft-qaz sektorundan vergi daxilolmalarının həcmi 5.698,8 mln. manat təşkil edib.