Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 34% artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 767,061 milyon manat təşkil edib.

İndex.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.