“Azərbaycan Dəmir Yolları” sərnişin daşımalarını 2 dəfə artırıb

Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC 2 milyon 128 min nəfər sərnişin daşıyıb.

İndex.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Sərnişin daşımalarının 2 milyon 109 min nəfəri şəhərətrafı (Bakı-Sumqayıt sürət elektrik qatarı), 19 min nəfəri isə daxili (hazırda yalnız Bakı-Gəncə sürət elektrik qatarı) daşımalar olub. Bunlar isə 1 il əvvələ nisbətən 2 dəfə çox və 74,9% azdır.